...

Maduro koronavirusa qarşı peyvənd olundu

Dünya xəbərləri Materials 7 Mart 2021 02:34 (UTC +04:00)
Maduro koronavirusa qarşı peyvənd olundu

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro koronavirusa qarşı peyvənd olunub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə liderinin mətbuat xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, N.Maduronun vaksinasiyasında Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndindən istifadə edilib.

Qeyd edək ki, Venesuelada Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndləri ilə vaksinasiya kampaniyası fevralın 18-i başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti