...

Mərakeş Fransa və İspaniya ilə uçuşlarını dayandırdı

Dünya xəbərləri Materials 29 Mart 2021 21:32 (UTC +04:00)

Bakı. Trend:

Mərakeş hakimiyyəti koronavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində Fransa və İspaniya ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

Trend-in məlumatına görə, bu barədə "Le360" informasiya portalı hakimiyyət strukturlarındakı mənbələrə istinadən bildirib.

Mərakeşdən Fransa, İspaniyaya və əks istiqamətdə sərnişin təyyarələrinin uçuşları martın 30-dan gələcək məlumat verilənə qədər dayandırılacaq.

Portalda bundan əvvvəl bildirilib ki, krallığın hakimiyyəti yeni koronavirus növlərinin yaranması və yayılmasına görə narahatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti