...

Türkiyədə son sutkada koronavirusdan 45 592 nəfər sağalıb

Dünya xəbərləri Materials 28 Aprel 2021 00:33 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 346 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 39 057 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 43 301 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 710 582 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 45 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 167 263 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti