...

Qazaxıstanda koronavirusa daha 2 853 nəfər yoluxub

Dünya xəbərləri Materials 30 Aprel 2021 11:18 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 2 853 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 853 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 319 818 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 273 915 nəfəri sağalıb, 3 668 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti