...

Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 May 2021 11:59 (UTC +04:00)
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada məktəbdə baş vermiş atışma nəticəsində 9 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 4 nəfər xəsarət alıb.

Ölənlərdən 8 nəfəri şagird, biri müəllim olub.

Qeyd edək ki, Tatarıstanın Kazan şəhərində məktəblərin birində atışma baş verib. Hadisəni törədən 17 yaşlı yeniyetmə saxlanılıb.

Hadisədən sonra Kazanın digər məktəblərində təhlükəsizlilk tədbirləri gücləndirilib.

xxx

11:16

Rusiyada, Tatarıstanın Kazan şəhərində məktəblərin birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində yaralıların olduğu deyilir.

Qeyd olunur ki, atışmanı iki yeniyetmə törədib. Onlardan biri saxlanılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti