...

Bolqarıstan qırıcısı Qara dənizə düşüb

Dünya xəbərləri Materials 9 İyun 2021 10:18 (UTC +04:00)
Bolqarıstan qırıcısı Qara dənizə düşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Bolqarıstan Hərbi Hava Qüvvələrinin qırıcısı Qara dəniz üzərində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, MiQ-29 təyyarəsi təlim uçuşları həyata keçirən zaman radarlardan itib.

Hadisə yerində axtarış-xilasetmə işləri başlayıb. Təyyarə pilotunun taleyi naməlumdur.

Bolqarıstanın müdafiə naziri qəza yerinə yollanıb. Taktiki təlimlər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti