...

Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib

Dünya xəbərləri Materials 23 İyun 2021 22:45 (UTC +04:00)
Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib

Bakı. Trend:

Mərkəzi Afrika Republikasının prezidenti Fosten-Arkanj Tuadera ölkə hökumətinin yeni tərkibi barədə sərəncam imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni hökumətə baş nazir Anri-Mari Dondra rəhbərlik edir. Hökumətin tərkibinə ümumilikdə 32 nazir daxildir.

Milli müdafiə və ordunun yenidənqurulması Naziri Klod Ramo Biro, xarici işlər və xaricdəki vətəndaşların işi üzrə nazir Silvi Baypo-Temon təyin ediliblər.

Qeyd edək ki, Anri-Mari Dondra iyunun 11-i ölkə prezidenti tərəfindən baş nazir təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti