...

Anomal istilər Kanadada 100-dən artıq insanın ölümünə səbəb olub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 30 İyun 2021 04:43 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətinin müxtəlif şəhərlərində son 48 saatda anomal istilər səbəbiylə 100-dən çox insan ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Vankuver, Barnabi və Surrey kimi şəhərlərdə polisə 100-dən artıq qəfil ölüm xəbərləri haqqında məlumatlar daxil olub.

Hesab edilir ki, ölümlərin çoxunun səbəbi anomal isti olub. Ölənlərin çoxu yaşlı insanlardır.

XXX

04:12

Kanadanın Bernabi şəhərində anomal istilər nəticəsində təxminən 30 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, meteoroloji xidmət Britaniya Kolumbiyası əyalətində rekord isti temperatur qeyd etməyə başladıqdan bəri polisə 30-dan artıq qəfil ölüm xəbərləri haqqında məlumatlar daxil olub.

Hesab edilir ki, ölümlərin çoxunun səbəbi anomal isti olub. Ölənlərin çoxu yaşlı insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti