...

Mərkəzi Afrika Respublikasında silahlılar hökumət qüvvələrinə hücum edib

Dünya xəbərləri Materials 1 İyul 2021 02:56 (UTC +04:00)
Mərkəzi Afrika Respublikasında silahlılar hökumət qüvvələrinə hücum edib

Bakı. Trend:

Mərkəzi Afrika Respublikasının Alindao şəhəri yaxınlığında silahlıların ordu hissələrinə hücumu nəticəsində ən azı yeddi nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Agence France-Presse (AFP) agentliyi bildirib.

Qeyd olunub ki, ən böyük üsyançı qruplardan birinin "Mərkəzi Afrika Respublikasında Sülh Naminə Birlik" in silahlıları Alindaoda hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqələrinə və düşərgələrinə eyni vaxtda bir neçə hücum təşkil edib.

Qarşıdurmalar nəticəsində 7 nəfər həlak olub. -

Məqalədə:
Xəbər lenti

Xəbər lenti