...

Texasda miqrantları daşıyan avtomobil qəzaya uğrayıb: 11 ölü, 12 yaralı

Dünya xəbərləri Materials 5 Avqust 2021 05:59 (UTC +04:00)
Texasda miqrantları daşıyan avtomobil qəzaya uğrayıb: 11 ölü, 12 yaralı

Bakı. Trend:

ABŞ-ın Texas ştatında miqrantları daşıyan avtomobil qəzaya uğrayıb.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, Bruks dairəsi yaxınlığında baş verən qəza nəticəsində 11 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəzada xəsarət alanlar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti