...

Türkiyə Prezidenti "IDEF 2021"də TÜMOSAN-ın hərbi maşını ilə yaxından maraqlanıb (FOTO)

Dünya xəbərləri Materials 18 Avqust 2021 14:05 (UTC +04:00)
Türkiyə Prezidenti "IDEF 2021"də TÜMOSAN-ın hərbi maşını ilə yaxından maraqlanıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanan PUSAT Hibrid hərbi avtomobilini incələyib.

Trend xəbər verir ki, Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli texnika barədə ölkə rəhbərinə geniş məlumat veriblər. Bildirilib ki, bu, ilk dəfədir "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikinin yerli imkanlar hesabına hazırlanmasıdır.

Belə ki, hərbi texnikanın mühərriki 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.

Hazırda 100 zirehli texnikanın mühərrikinin montajına başlanılıb və bu texnikalar Türkiyə Silahlı Qüvvələrinə təslim ediləcək.

Qeyd edək ki, Türkiyədə "IDEF 2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Sərgidə Azərbaycan da təmsil olunur.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti