Bakı. Orxan Nəbiyev - Trend:
İsveçin "Volvo Cars" avtomobil şirkəti Göteborq və Belçikanın Gent şəhərlərindəki zavodların işini dayandıracaq.
Trend-in məlumatına görə, qərar maşınların yığılması üçün vacib olan komponentlərin çatışmazlığı ilə əlaqədar verilib.
Qeyd olunub ki, bununla bağlı adıçəkilən müəssisələrdə avqustun 30-dan sentyabrın 3-dək istehsal prosesinə fasilə veriləcək.
Fasilə dövründə zavodların işçiləri istirahət götürə və ya avadanlıqlara qulluq göstər bilərlər.