...

Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 16:53 (UTC +04:00)
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqının Ədalət Məhkəməsi Polşanı Avropa Komissiyanın xeyrində gündə 1 milyon avro cərimə ödəməsi barədə qərar verib.

Trend-in məlumatına görə, qərar Polşada fəaliyyət göstərən Ali Məhkəmənin İntizam palatasının ləğv olunmaması ilə bağlı verilib.

Qeyd olunur ki, Aİ məhkəməsi bu ilin iyulunda intizam palatasının işinin dayandırılmasını tələb etsə də, Polşa Konstitusiya məhkəməsi qurumun ləğvi üçün heç bir əsas görmədiyini bildirmişdi.

Qərara əsasən, Polşa hər gün bir milyon avro cərimə ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti