...

Cənubi Sudanda yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 2 Noyabr 2021 16:54 (UTC +04:00)
Cənubi Sudanda yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Bakı. Orxan Nəbiyev - Trend:

Cənubi Sudanın paytaxtı Cubada hava limanında An-26 yük təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 5 heyət üzvü, o cümlədən iki rusiyalı həlak olub.

Qəzanın təyyarənin havaya qalxdığı zaman baş verdiyi deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti