...

Tramp Baydenin Putinlə görüşünü ABŞ tərəfi üçün qeyri-bərabər matç adlandırıb

Dünya xəbərləri Materials 7 Dekabr 2021 05:28 (UTC +04:00)
Tramp Baydenin Putinlə görüşünü ABŞ tərəfi üçün qeyri-bərabər matç adlandırıb

Bakı. Trend:

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Cozef Bayden arasında video formatda keçiriləcək danışıqlar ABŞ üçün qeyri-bərabər bir matç olacaq.

Trend-in məlumatına görə, bunu "Newsmax TV" telekanalının efirində ABŞ-ın sabiq Prezidenti Donald Tramp deyib.

D.Tramp jurnalistin prezident olduğu vaxtda Ukrayna ilə bağlı V.Putinlə necə danışıqlar aparardı sualına cavabında bildirib: "Bu qeyri-bərabər matçdır, ən yaxşı vaxtda belə qeyri-bərabər matç olardı, ölkəmiz üçün qeyri-bərabər matç olardı. ABŞ prezidenti seçkiləri oğurlandı və nəticədə əldə etdiyimiz budur. Bu matça qətiyyən icazə verilməməli idi. Bu, "Yeni İngiltərə Patriotları"na qarşı məktəb komandasını çıxarmaq kimidir".

Sabiq prezident əlavə edib ki, o, həmişə Rusiyaya qarşı sərt davranıb: "Heç kim Rusiyaya qarşı mənim qədər sərt olmayıb".

Qeyd edək ki, bu gün Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Cozef Bayden arasında video formatda görüş keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti