...

Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 7 Dekabr 2021 23:47 (UTC +04:00)
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Almaniyanın şimalında Aşağı Saksoniya federal əyalətində yerləşən Bergen hərbi poliqonunda təlim zamanı baş verən hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb.

Trend xəbər verir ki, döyüş tankının digər texnikayla toqquşması nəticəsində iki hərbi qulluqçu ölümcül yaralanıb. Hadisənin təfərrüatları araşdırılır. Ölkənin Müdafiə Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib və planlaşdırılan tədbirləri təxirə salıb.

Qeyd edək ki, sahəsi təxminən 25 min hektar olan Bergen poliqonu Avropanın ən böyük hərbi poliqonlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti