Bakı. Orxan Nəbiyev - Trend:
Çexiya prezidenti Miloş Zeman yeni hökumətin tərklibində xarici işlər naziri qismində Yan Lipavskinin təyin olunmasına qarşı çıxıb.
Trend-in məlumatına görə, bunu ölkə prezidentinin mətbuat katibi İrji Ovçaçek bildirib.
Qeyd olunub ki, yeni baş nazir Petr Fialanın hökumətin tərkibi ilə bağlı bütün namizədləri bir nəfər istisna olmaqla prezident tərəfindən təsdiq edilib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, M.Zeman Yan Lipavskinin təhsil səviyyəsindən, eləcə də bir sıra ölkələrlə münasibətindən narazıdır.
Eyni zamanda, baş nazir P.Fiala bu məsələnin gələn həftənin əvvəlində prezidentlə müzakirə olunacağını bildirib.
Ötən gün o, xarici işlər nazirinin namizədliyinin təsdiq olunmayacağı təqdirdə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazır olduğunu bildirmişdi.