...

Fransada koronavirusa gündəlik yoluxma hallarında növbəti antirekord qeydə alınıb

Dünya xəbərləri Materials 1 Yanvar 2022 02:12 (UTC +04:00)

Bakı. Trend:

Fransada ötən sutka ərzində koronavirusa 232 200 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə üzrə Milli Agentliyindən bildiriblər.

Məlumata əsasən, bu, pandemiya dövründə qeydə alınan gündəlik ən böyük göstəricidir.

Bildirilir ki, koronavirusa yoluxanların ümumi sayı 9 972 800 nəfər çatıb.

Son sutka koronavirusdan 189, hazırkı dövrədək isə 123 741 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti