...

ABŞ-da klubda atışma baş verib, ölən və yaralılar var

Dünya xəbərləri Materials 9 Yanvar 2022 03:40 (UTC +04:00)
ABŞ-da klubda atışma baş verib, ölən və yaralılar var

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Hyuston şəhərində klubda atışma baş verib.

Trend xəbər verir ki, Hyuston polisi atışmanın yerli vaxtla səhər saat 8-ə yaxın baş verdiyini bildirib.

Atəş səslərindən təxminən 10 dəqiqə əvvəl klubda səs-küy yaranıb, bir neçə nəfər klubdan uzaqlaşdırılıb. Şübhəli şəxs qaçmazdan əvvəl atəş açaraq, klubun müştərisini, mühafizəçini və klubda işləyən digər işçini yaralayıb. Hyuston polisi daha sonra müştərinin aldığı xəsarətlərdən öldüyünü təsdiqləyib.

Hazırda hadisəni törətmiş şəxsin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti