...

İstanbulun Sabiha Gökçen hava limanında bütün əməliyyatlar dayandırılıb

Dünya xəbərləri 25 Yanvar 2022 07:58 (UTC +04:00)
İstanbulun Sabiha Gökçen hava limanında bütün əməliyyatlar dayandırılıb

Bakı. Trend:

İstanbula yağan güclü qar səbəbindən Sabiha Gökçen hava limanında da əməliyyatlar dayanıb.

Trend-in məlumatına görə, əməliyyatların dayandırılması ilə əlaqədar Pegasus Hava Yollarına məxsus Trabzon-İstanbul və Ərzurum-İstanbul təyyarələri bir müddət ətrafda uçuş etdikdən sonra İzmir Adnan Menderes Hava Limanında enib.

Havaya qalxacaq təyyarələr uçuş-enmə zolağından "z" dayanacağına qayıdıblar.

Qeyd edək ki, Dövlət Hava Limanları Təşkilatı İdarə Heyətinin sədri və baş direktoru Hüseyn Keskin İstanbul Hava Limanının bağlanma müddətinin saat 13.00-a qədər uzadıldığını açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti