...

İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb

Dünya xəbərləri 26 Yanvar 2022 00:26 (UTC +04:00)
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb

Bakı. Trend:

İstanbul hava limanı güclü qar səbəbindən yanvarın 26-sı saat 12:00-a qədər (Bakı vaxtı) bağlı qalacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin "Twitter" səhifəsində deyilir.

"İstanbul Hava Limanının 16L/34R, 17L/35R, 17R/35L və 16R/34L uçuş-enmə zolaqlarının bağlı qalma müddətinin 26 yanvar 2022-ci il saat 11:00-a qədər davam etdirilməsi ilə bağlı NOTAM (bildiriş - red.) dərc edilib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, hava limanının yalnız bir uçuş-enmə zolağı açıqadır, burada da yalnız prioritet uçuşlar və daha əvvəl alternativ aerodromlara yönləndirilmiş uçuşlar qəbul edilir və göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti