...

Avropada təbii qaz yeddi faizdən çox ucuzlaşıb

Dünya xəbərləri Materials 7 Fevral 2022 11:56 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollaradək azalıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 901,7 dollar ətrafında alınıb-satılır.

Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 7,7 faiz ucuzlaşıb.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti