...

İraq və Suriyanın şimalında 2 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 25 Mart 2022 20:04 (UTC +04:00)
İraq və Suriyanın şimalında 2 terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqda bir PKK, Suriyada isə bir YPG terrorçusunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, terrorçulardan biri İraqın şimalında "Pençe-Yıldırım" əməliyyatı zonasında, digəri isə Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı zonasında zərərsizləşdirib.

Müvafiq tədbirləri təmin etmək üçün atəş dəstəyi vasitələrindən istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti