...

Türkiyə İraqın şimalında terrorçulara qarşı "Pençe Kilit" əməliyyatına başlayıb

Dünya xəbərləri Materials 18 Aprel 2022 06:51 (UTC +04:00)
Türkiyə İraqın şimalında terrorçulara qarşı "Pençe Kilit" əməliyyatına başlayıb

Bakı. Trend:

Türkiyə İraqın şimalında terrorçulara qarşı "Pençe Kilit" əməliyyatına başlayıb.

Trend Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə Silahlı Qüvvələri Komandanlığı ilə Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzində nazir H. Akar, Baş qərargah rəisi- ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı-ordu generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı general Adnan Özbal əməliyyatların gedişini izləyib.

Türkiyə milli müdafiə naziri Hulusi Akar, Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzi ilə videokonfrans vasitəsi ilə əlaqə qurub.

Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.

Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti