...

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 3 May 2022 22:31 (UTC +04:00)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, terrorçular “Sülh bulağı” əməliyyatının keçirildiyi zonada hücum planlaşdırırdılar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti