...

İndoneziyada avtobus qəzasında azı 15 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 17 May 2022 07:42 (UTC +04:00)
İndoneziyada avtobus qəzasında azı 15 nəfər həyatını itirib

Bakı. Trend:

İndoneziyanın qərbindəki Şərqi Yava əyalətində avtobusun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, hadisə Mojokerto yaşayış məntəqəsi yaxınlığında baş verib.

"Avtobus yolun kənarında məlumat lövhəsi olan dirəyə çırpılıb. Qəzaya səbəb, ehtimal ki, sürücünün həddindən artıq işləməsi səbəbindən avtobusun idarəetməni itirməsi olub", - əyalətin axtarış-xilasetmə idarəsinin əməliyyat bölmə rəisi bildirib.

Polis hadisənin dəqiq səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti