...

Rusiyada yeni fövqəladə hallar naziri təyin olunub

Dünya xəbərləri Materials 25 May 2022 15:18 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Aleksandr Kurenkov yeni fövqəladə hallar naziri təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

General-mayor A.Kurenkov bu vəzifədə ötən il həlak olmuş Yevgeni Ziniçevi əvəz edəcək.

Xatırladaq ki, Y.Ziniçev ötən ilin sentyabrında Norilsk şəhərində təlimlər zamanı sənədli çəkiliş qrupu üzvünün həyatını xilas etməyə çalışarkən həlak olmuşdu.

Bu günədək Rusiya fövqəladə hallar naziri vəzifəsini Aleksandr Çupriyan icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti