...

Türkiyə ordusu İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 4 İyun 2022 19:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri terrorçuların yuvalarını məhv etməyə davam edir. Bu fəaliyyət çərçivəsində İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti