...

Şotlandiya müstəqilliyin elan olunması üçün növbəti dəfə referendum keçirmək niyyətindədir

Dünya xəbərləri Materials 15 İyun 2022 00:49 (UTC +04:00)

Bakı. Trend:

Şotlandiyanın birinci naziri Nikola Sterjen Böyük Britaniya parlamentinin təsdiqini almasa belə, gələn il ölkənin müstəqilliyi ilə bağlı növbəti referendum keçirmək niyyətində olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

N.Sterjen planlarını "tezliklə" Şotlandiya parlamentinə açıqlayacağını bildirib.

"Hökumət Böyük Britaniya hakimiyyəti səsverməyə icazə vermədiyi halda belə referendumun keçirilməsi üçün hüquqi cəhətdən təhlükəsiz alternativ üsul işləyib hazırlayıb. Şotlandiyadakı insanlar artan mənzil xərcləri, aşağı iqtisadi artım və dərinləşən qeyri-bərabərlik, məhdud dövlət maliyyəsi və lehinə səs vermədiyimiz Brexit-in bir çox nəticələrindən əziyyət çəkir", - birinci nazir vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib. Səsvermənin nəticələrinə görə, şotlandların 55%-dən çoxu Böyük Britaniyanın tərkibində qalmağa üstünlük verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti