...

"Starship" gəmisi orbitə buraxılış üçün iyulda hazır olacaq

Dünya xəbərləri Materials 15 İyun 2022 07:10 (UTC +04:00)
"Starship" gəmisi orbitə buraxılış üçün iyulda hazır olacaq

Bakı. Trend:

Super ağır raket-daşıyıcı olan "Starship" kosmik gəmisi bu ilin iyulunda ilk orbital uçuşa hazır olacaq.

Trend xəbər verir ki, bunu "SpaceX" aerokosmik şirkətinin yaradıcısı İlon Mask deyib.

O, qeyd edib ki, ötən gün şirkətin aerokosmik tikinti üzrə qurğularında olub və prosessin qiymətləndirilməsində iştirak edib.

"Starship uçuşa gələn ay hazır olacaq", - Mask vurğulayıb.

"SpaceX" ilk orbital raket buraxılışını ötən ilin yayından həyata keçirməyi planlaşdırır. Lakin raketin hazırlanması prosesində və onun buraxılacağı Boca Chica məntəqəsinin tənzimləyicisi tərəfindən lisenziyalaşdırma prosedurlarında gecikmə səbəbindən buraxılış təxirə salınmalı olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti