Bakı. Trend:
Fransa və İspaniyanın bir çox bölgələrində anomal yüksək temperatur müşahidə olunub.
Trend-in məlumatına görə, Fransa meteorologiya xidmətləri 23 departamentdə isti hava ilə əlaqədar təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, iyunun 15-də Tuluzada havanın temperaturu 35 dərəcə, Lionda 36 dərəcə və Bordoda 33 dərəcəyədək yüksəlib. Sinoptiklər istilərin yaxın bir neçə gün ərzində də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
İyunun 16-də Fransanın Atlantik okeanı sahilləri boyunca yerləşən bölgələrdə, iyunun 17-də isə ölkənin cənubunda temperaturun 40 dərəcədən yuxarı qalxacağı gözlənilir.
İstilər İspaniyaya da müşahidə olunur. İyunun 15-də ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İspaniyanın 17 regionundan 9-da yüksək təhlükə səviyyəsi elan edilib.