Bakı. Trend:
Fransanın müxtəlif bölgələrində müşahidə olunan istilər səbəbindən açıq havada kütləvi tədbirlər qadağan edilib.
Trend xəbər verir ki, bu barədə "BBC" telekanalı bildirir.
Kütləvi tədbirlərin keçirilməsi həmçinin kondisioner sistemləri ilə təchiz olunmayan məkanlarda da qadağan edilib. Yaranmış vəziyyətdə elektrik enerjisi istehlakının artdığı, tələbatı artıq qonşu ölkələrdən idxal hesabına ödənildiyi qeyd edilir.
Bu həftə Fransada havanın temperaturu 40 dərəcəyə yüksəlib. İsti havaların iyunun 18-də pik həddə çatacağı gözlənilirdi.
Anomal istilər ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri ilə əlaqələndirilir.