...

Türkiyə SQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 19 İyun 2022 04:57 (UTC +04:00)
Türkiyə SQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 9 silahlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə ordusunun mənsubları "Pençe-Kilit" əməliyyatını uğurla davam etdirirlər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti