Bakı. Trend:
Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" hücum pilotsuz uçuş aparatı (PUA) ilk dəfə olaraq PUA-dan lazer tuşlama komplektinin sınaq atışını həyata keçirilib.
Bu barədə Trend-ə "Baykar" şirkətindən bildiriblər.
Qeyd olunub ki, "LGK" mərmisi ilə ilk atış uğurla həyata keçirilib və şərti hədəf tam dəqiqliklə vurulub.
Xatırladaq ki, "Bayraktar Akıncı" zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusuna təhvil verilib.