...

İsrail ordusu Livandan uçan üç pilotsuz uçuş aparatını vurub

Dünya xəbərləri Materials 2 İyul 2022 22:26 (UTC +04:00)
İsrail ordusu Livandan uçan üç pilotsuz uçuş aparatını vurub

Bakı. Trend:

İsrail qırıcı və raket gəmisi Livandan İsrailin iqtisadi dəniz zonasına daxil olan üç pilotsuz uçuş aparatını vurub.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bu gün [şənbə günü] döyüş təyyarəsi və raket gəmisi Livandan İsrailin hava məkanına və iqtisadi dəniz zonasına daxil olan üç düşmən pilotsuz uçuş aparatını vurdu", - deyə qeyd olunub.

Mətbuat xidməti əlavə edib ki, ilkin araşdırma zamanı dronların bilavasitə təhlükə yaratmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti