...

Mərkəzi Afrika Respublikası öz rəqəmsal valyutasını yaradır

Dünya xəbərləri Materials 6 İyul 2022 17:18 (UTC +04:00)
Mərkəzi Afrika Respublikası öz rəqəmsal valyutasını yaradır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Afrika Respublikası (MAR) bu ilin üçüncü rübünədək özünün rəqəmsal valyutasını yaradacaq.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Fosten-Arkanj Tuadera elan edib.

Qeyd olunur ki, "Sango Coin" adlı valyuta təbii ehtiyatların ticarətində, dövlət xidmətlərində, o cümlədən, vətəndaşlığın verilməsi kimi xidmətlər üçün istifadə oluna bilər.

Qeyd edək ki, MAR aprel ayında bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyaraq, Salvadordan sonra bu addımı atan ikinci ölkə olub.

MAR dünyanın yoxsul ölkələrindən biri hesab olunur. 5 milyona yaxın əhalisi olan ölkədə yalnız 557 min nəfərin internetə çıxışı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti