Bakı. Trend:
İspaniyada anomal istilər səbəbindən 500-dən artıq insan ölüb.
Trend xəbər verir ki, bu barədə "EFE" agentliyi III Karlos adına Sağlamlıq İnstituna istinadən məlumat yayıb.
Məlumata əsasən, 10-16 iyul tarixləri ərzində ölkədə anomal istilər 510 nəfərin ölümünə səbəb olub. Əksər hallarda söhbət 85 yaşdan yuxarı insanlardan gedir.
İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava xəbərdarlığının səviyyəsini "sarı" (təhlükə) və "narıncı" (yüksək təhlükə) səviyyəsinə qaldırıb. Bəzi əyalətlərdə xəbərdarlıq səviyyəsi ən yüksək həddə - "qırmızıya" (həddindən artıq təhlükə) qaldırılıb.