...

İspaniyada istilər səbəbindən 679 nəfər ölüb

Dünya xəbərləri Materials 21 İyul 2022 02:45 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada anomal istilər səbəbindən 600-dən artıq insan ölüb.

Trend xəbər verir ki, bu barədə "Sinhua" agentliyi III Karlos adına Sağlamlıq İnstituna istinadən məlumat yayıb.

Məlumata əsasən, 10-20 iyul tarixləri ərzində ölkədə anomal istilər 679 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 430 nəfərinin yaşı 85-dən yuxarı, 159 nəfərinin yaşı 75-84, 58 nəfərinin yaşı isə 65-74 aralığında olub.

İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava xəbərdarlığının səviyyəsini "sarı" (təhlükə) və "narıncı" (yüksək təhlükə) səviyyəsinə qaldırıb. Bəzi əyalətlərdə xəbərdarlıq səviyyəsi ən yüksək həddə - "qırmızıya" (həddindən artıq təhlükə) qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti