...

Tunisdə referendum iştirakçıları yeni Konstitusiyasının qəbul edilməsini dəstəkləyib

Dünya xəbərləri Materials 27 İyul 2022 05:51 (UTC +04:00)

Bakı. Trend:

Respublika referendumunda iştirak edənlərin 94 faizdən çoxu Tunisin yeni Konstitusiyasının qəbul edilməsini dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə Tunisin Ali Müstəqil Seçki Komissiyasının sədri Faruk Buaskar deyib.

Tunis seçki komissiyasının hesablamalarına görə, yeni əsas qanun layihəsinə vətəndaşların 94,6 faizi səs verib. Ümumilikdə referendumda 2,83 milyon insan iştirak edib, seçici fəallığı 27,5 faiz təşkil edib.

Yeni konstitusiya referendumun nəticələri Ali Müstəqil Seçki Komissiyasının rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti