...

ABŞ-da avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 14 Avqust 2022 08:30 (UTC +04:00)
ABŞ-da avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Bakı. Trend:

Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə aksiyasının keçirildiyi barın yaxınlığında avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, ən azı 15 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlar arasında 5 uşaq da var, onların vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alanların daşınması üçün aviasiya istifadə edilib.

Şübhəli Neskopek şəhərində daha bir yol qəzası törədib və polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti