...

Uqandada ağır yol qəzası olub, çox sayda ölən var

Dünya xəbərləri Materials 22 Avqust 2022 22:50 (UTC +04:00)
Uqandada ağır yol qəzası olub, çox sayda ölən var

Bakı. Trend:

Uqandada insanları daşıyan yük avtomobili qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində azı 12 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Qeyd edək ki, Uqandada hər il 20 minə yaxın yol qəzası baş verir. Bu yol qəzalarında təxminən hər il 2 mindən artıq insan həlak olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti