...

Serbiya Türkiyədən "Bayraktar" PUA-ları alacaq

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 15:52 (UTC +04:00)
Serbiya Türkiyədən "Bayraktar" PUA-ları alacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Silahlı Qüvvələri Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatları almaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

O bildirib ki, Serbiya bunun üçün milyonlarla avro vəsait ayıra bilər.

"Müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələsini müzakirə etdik. Serbiya bir neçə yüz milyon avro məbləğində "Bayraktar" PUA-ları almağı planlaşdırır. Bununla bağlı gələn il müəyyən addımlar atmaq niyyətindəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti