...

Mərkəzi Afrika Respublikasında BMT-nin 3 sülhməramlısı öldürülüb

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 00:57 (UTC +04:00)
Mərkəzi Afrika Respublikasında BMT-nin 3 sülhməramlısı öldürülüb

Bakı. Trend:

Mərkəzi Afrika Respublikasının qərbində BMT-nin 3 sülhməramlısı öldürülüb.

Trend xəbər verir ki, bu barədə "AFP" agentliyi BMT baş katibinin nümayəndəsi Stefan Cüjarrikə istinadən məlumat yayıb.

"BMT-nin Mərkəzi Afrika Respublikasındakı "MINUSCA" missiyasının sülhməramlılarının avtomobili oktyabrın 4-nə keçən gecə Uam-Pende bölgəsində minaya düşüb. 3 sülhməramlı həlak olub, 1-i isə yaralanıb", - deyə S.Cüjarrik bildirib.

Qeyd edilir ki, ölənlərin hamısı "MINUSCA"nın Banqladeş kontingentinin üzvləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti