...

NASA daha 3 "Orion" kosmik gəmisi sifariş edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2022 08:05 (UTC +04:00)
NASA daha 3 "Orion" kosmik gəmisi sifariş edib

Bakı. Trend:

NASA "Artemis" proqramı çərçivəsində daha 3 "Orion" kosmik gəmisi sifariş edib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı sözügedən kosmik gəmilərin istehsalçısı "Lockheed Martin" şirkətindən bildirilib.

"Lockheed Martin" "Artemis" missiyaları üçün NASA-ya 3 "Orion" kosmik gəmisinin satışı üzrə müqavilə imzalayıb", - deyə açıqlamada deyilir.

Qeyd edilir ki, gələcəkdə NASA növbəti missiyalar üçün daha 6 ədəd kosmik gəmi sifariş edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti