...

Oman sahillərində neft tankeri PUA hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 16 Noyabr 2022 13:34 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oman sahillərində neft daşıyan tanker piotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə bu gün "Associated Press" agentliyi bildirib.

Qeyd olunur ki, PUA Sinqapurun "Eastern Pacific Shipping" şirkətinə məxsus olan və Liveriya bayrağı ilə üzən tankerə zərbə endirib.

Hadisənin fəsadları barədə məlumat verilməyib. Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti