...

Yaponiyada güclü qar səbəbindən 10 minə yaxın ev işıqsız qalıb

Dünya xəbərləri Materials 21 Dekabr 2022 05:49 (UTC +04:00)
Yaponiyada güclü qar səbəbindən 10 minə yaxın ev işıqsız qalıb

Bakı. Trend:

Son günlər güclü qar yağdığı Yaponiyanın Niiqata prefekturasında ən azı 9800 ev işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə "Tohoku Electric" şirkəti bildirib.

Niiqatada bir neçə sürətli yol bağlandığından avtomobillərin hərəkəti çətinləşir. Bir sıra marşrutlarda qatarların hərəkəti də dayandırılıb. Bir neçə istiqamətdə qatarların hərəkəti də dayandırılıb. Yaponiya özünümüdafiə qüvvələri yolların təmizlənməsinə cəlb olunub.

Həmçinin Niiqatada qarın təsiri nəticəsində bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti