...

Uqanda Ebola epidemiyasının ölkədə sona çatdığını elan edib

Dünya xəbərləri Materials 11 Yanvar 2023 06:55 (UTC +04:00)
Uqanda Ebola epidemiyasının ölkədə sona çatdığını elan edib

Bakı. Trend:

Uqandada son xəstə sağaldıqdan sonra 42 gün ərzində yeni yoluxma qeydə alınmaması səbəbi ilə Ebola epidemiyası sona çatıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin səhiyyə naziri Ceyn Asenq özünün "Twitter" səhifəsində yazıb.

"Mən hər kəsə sayıqlığına və yaxşı görülən işə görə təşəkkür etmək istəyirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, 20 sentyabr 2022-ci il tarixində Uqandada Ebola epidemiyası başlayandan indiyədək bu virusdan 56 nəfər ölüb, 142 nəfər isə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti