...

“Bayraktar TB2” 27 ölkəyə ixrac ediləcək - Haluk Bayraktar

Dünya xəbərləri Materials 17 Yanvar 2023 03:28 (UTC +04:00)
“Bayraktar TB2” 27 ölkəyə ixrac ediləcək - Haluk Bayraktar

Bakı. Trend:

“Bayraktar TB2” 27 ölkəyə ixrac ediləcək.

Trend xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

“Dünya “Bayraktar TB2” dən danışır. 27 ölkə ilə ixrac müqavilələri imzalanıb. Türkiyə bu sahədə özünü sübut etdi. Onun sərhədləri aşan böyük töhfəsi var. Bu gün Türkiyə tərəfindən hazırlanmış PUA-ları Azərbaycana çatdırırıq. Hədəflərin 75 faizi “Bayraktar TB2” ilə vurulur”, - deyə Haluk Bayraktar vurğulayıb.

O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyyə etmək üçün helikopter verə bilməyən ölkədən, ən müasir pilotsuz uçuş aparatları verən Türkiyəyə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti