...

"Bayraktar TB2" Küveyt səmalarında uçacaq (FOTO)

Dünya xəbərləri Materials 18 Yanvar 2023 18:14 (UTC +04:00)
"Bayraktar TB2" Küveyt səmalarında uçacaq (FOTO)

Bakı. Trend:

"Baykar" və Küveyt Müdafiə Nazirliyi arasında "Bayraktar TB2"nin ixracı üçün müqavilə imzalanıb.

Bu barədə Trend-ə Türkiyənin "Baykar" şirkətindən bildirilib.

"2019-cu ilin iyul ayından davam edən prosesdə Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı müsabiqənin qalibi Türkiyənin "Baykar" şirkəti olub. Beynəlxalq aləmdə özünü doğrultmuş "Bayraktar TB2" üçün Küveyt Müdafiə Nazirliyi ilə 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, "Bayraktar TB2" üçün ixrac müqaviləsi imzalanan ölkələrin sayı 28-ə çatıb", - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti