...

İstefada olan general Pyotr Pavel Çexiyanın prezidenti seçilib

Dünya xəbərləri Materials 28 Yanvar 2023 19:22 (UTC +04:00)
İstefada olan general Pyotr Pavel Çexiyanın prezidenti seçilib

Bakı. Trend:

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Pyotr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Trend xəbər verir ki, bu barədə Çexiya televiziyası şənbə günü başa çatan səsvermədən sonra səslərin hesablanması zamanı məlumat verib.

"Pyotr Pavel Çexiyanın yeni prezidenti seçildi. Andrey Babiş daha Pyotr Pavelə çatmaq üçün bu qədər səs toplaya bilməyəcək", - deyə məlumatda bildirilib.

Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında P.Pavelin ölkədə keçirilən prezident seçkilərində qələbəsini təsdiqləyib. "Mən Pyotr Paveli Çexiyanın dördüncü prezidenti seçilməsi münasibətilə təbrik edirəm", - baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti